Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının ikili standartlarının 30 ilə yaxın davam etməsi torpaqlarımızın erməni işğalında qalmasına səbəb oldu. Azərbaycan ordu quruculuğu ilə bərabər dünyanın siyasi arenasında həqiqətlərini sübuta yetirdi və 44 gün davam edən Vətən müharibəsini başladı. Ermənistan havadarlarının köməyinə baxmayaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 noyabr 2020-ci il Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyanatın tələblərinə məhəl qoymayan Ermənistan Azərbaycanın suveren ərazisi olan Qarabağ iqtisadi rayonundan öz silahlı dəstələrini çıxarmaq əvəzinə Rusiya Sülhməramlı Kontingentinin və Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin himayədarlığı ilə Xankəndi və ətraf ərazilərə silah-sursat və 2020-ci il Ermənistan istehsalı olan minalar daşımaqda davam edirdi. Laçın Sərhəd Buraxılış Məntəqəsi yaradıldıqdan sonra həmin havadarlar daxildə erməni yaraqlılarına hərbi yük daşınmasına və yeni dislokasiya yaratmağa yardım edirdi. Azərbaycan öz suveren hüquqlarından istifadə edərək dəfələrlə bu dəstələrə sözlə yaxud əməli tədbirlə xəbərdarlığını etmişdir.Lakin nəticə yenə də dəyişməz olaraq qalırdı. 2023-cü il sentyabrın 19 da saat 01.00 radələrində Füzuli-Əhmədbəyli yolunda xidməyi vəzifələrini yerinə yetirən Azərbaycan polislərini daşıyan kamaz markalı avtomobilin erməni quldur tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində 6 nəfər polis işçisi şəhid olmuşdur. Bu hadisədən sonra Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin göstərişi və əmri ilə erməni quldur dəstələrinin yerləşdiyi ərazidə lokal antiterror əməliyyatı keçirildi. Nəticədə düşmənin Ağdərə,Xankəndi, Xocavənd, Əsgəran, Kərkicahan, Xəlfəli, ərazilərindəki strateji cəhətdən əhəmiyyətli silah anbarları və idarəetmə qurğuları məhv edildi. Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq və mərhəmət hissi nümayiş etdirərək dinc əhalinin zərəçəkməsinə yol verməmişdir. Təxminən 24 saat davam edən antiterror əməliyyatı ərəfəsində dinc əhali ilə bərabər silahlı şəxslərə də xəbərdarlıq edilərərk Azərbaycan Respublikasının qanunları çərçivəsində tabeçilik göstərmək və seçim etmək imkanı yaradılmışdır.Nəhayət erməi silahlı dəstələrinin tör-töküntüləri ağ bayraq qaldıraraq kapitulyasiyaya gedəcəklərini bildirmişlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq göstərərək əfi ilanın yuvasını zərərsizləşdirmişdir. Erməni əhaliyə ermənistana çıxış üçün Laçın Sərhəd Buraxlış Məntəqəsində humanitar dəhliz də təşkil edilmiş və buradan çıxışları üçün şərait yaradılmışdır. Azərbaycan xalqı və Azərbaycanda olan siyasi partiyaların təmsilçiləri əməliyyat başladığı andan Cənab Prezidentin ətrafında sıx birləşərək Vətənin müdafiəsinə yardım etməyə hazır olduqlarını bəyan etdi. Lakin AXC, Müsavat və Real tiosunun hansı amala qulluq etdiyi hələ də məlum deyil.2023-cü il 20 sentyabr antiterror əməliyyatı dayandırıldıqdan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi. Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsirli vətəndaşların nümayəndəsinin 21 sentyabrda Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə görüşməsi üçün Yevlax şəhərinə dəvət edildiyini bildirdi.Əlbəttə bu kapitulyasiyanı erməni quldurlarını yaşadan igidlərimizin sırasında yenə də öz şirin canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalanlar da oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, cənnətdəki məqamları uca olsun. Allah doğmalarına və əzizlərinə-xalqımıza səbr versin. Allah qaziliərimizə, əsgərlərimizə yar və yardımçı olsun.Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev! Var olsun müdrik, məğrur Azərbaycan xalqı.Xankəndi, Xocalı, Ağdərə, Kərkicahan, Xocavənd, Əsgəran Azərbaycandır!!!
Üçrəngli Bayrağımızın bu məntəqələrdə dalğalanmağının məqamı yetişib.
Aydın HƏSƏNOV,
Xocalı rayonundan məcburi köçkün